Restoranda balığın içindən qurd çıxdı

Amerikada bir restoranda yemək yeyən insanlar həyatlarının şokunu yaşayıb.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, Nyu Cersidə yerləşən restoranda balıq sifariş edən qadın yeməyin yarısına gəldikdə balığın içində bir soxulcanın hərəkət etdiyini görüb. Soxulcanı videoya çəkən Guienne adlı qadın “Yeməyin içindən canlı qurd çıxdı. Qabdakı yemək birdən-birə canlandı” deyib.

Restoranı şikayət edən ailə videonu sosial şəbəkədə paylaşıb. Restoranın sahibi isə baş verən hadisəyə çox təəsüfləndiyini bildirərək balıq sifarişlərinin durduğunu açıqlayıb. Mütəxəssislər anisakid adlı parazitin yeyilməsinin ciddi problemlərə səbəb ola biləcəyini bildirib.


https://metbuat.az/news/1003184/gorulen-amma-gezil...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR