Bu ada artıq...

Hər il minlərlə turistin axın etdiyi Gökova körfəzinin dünyaca məşhur Sidr (Kleopatra) adası gözəlliyi ilə yanaşı qadağaları ilə də diqqət çəkir.

Metbuat.az “Mynet.com”a istinadən verdiyi məlumata görə, dənizdən çıxarkən duş almanın məcburi olduğu bu adaya ləpiklə addım belə atılmır. Adanı qoruma altına alan bu tədbirlər o qədər inkişaf etdirilib ki, nəzarətçilər qum oğurlanmasına belə icazə vermir.

Misir kraliçası Kleopatra ilə romalı sevgilisi məşhur komandir Antonius Sezarın böyük sevgi yaşadığı, qumlarında uzandığı rəvayət edilən Sidr adası bölgəyə marağı artırır.

Yüzlərlə zeytun ağacı ilə əhatə olunan Sidr adasında Helenistik dövr və Roma dövrünə aid antik teatr, aqora və antik liman qalıqları yerləşir. Adada yerləşən və eramızdan əvvəl 1000-ci illərə dayandığı hesab olunan dorlar, farslar və romalılardan qalma tarixi əsərlər də turistlərin diqqətini çəkir.

Bu adadakı qum dünyanın yalnız iki yerində mövcuddur və bu qum odda yanması, sodalı suda çoxalması və mikroskop altında baxıldıqda hərəkət etməsi xüsusiyyəti ilə fərqlənir.

Karbonatlı palçığın nüvə ətrafında toplanması nəticəsində yaranan bu qumların dənizə qatdığı misilsiz gözəl rəng də adanın görülməyə dəyər digər xüsusiyyətlərindən biridir.



DENİZDEN ÇIKARKEN DUŞ ALINMASI ZORUNLU



http://matbuat.az/news/1004857/iltihaba-faydali.ht...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR