Fələstin yığması ilk dəfə...

Fələstin yığması ilk dəfə...
20:17 12 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

Fələstin futbol yığması tarixində ilk dəfə olaraq beynəlxalq turnirdə iştirak edib
Fələstin muxtariyyətinin tarixində ilk dəfə olaraq qurumun futbol üzrə yığma komandası beynəlxalq idman yarışında iştirak edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Avstraliyada keçirilən Asya kubokunun final mərhələsində fələstinlilər Yaponiya millisilə qarşılaşılaşaraq 0:4 hesabı ilə məğlub olublar.
 
Fələstin yığmasının müdafiəçisi Tamer Salah görüşdən sonra bildirib ki, futbolçular məğlubiyyətə görə kədər hissi keçirmirlər, çünki onlar üçün "bu yarışda iştirakın özü artıq böyük nailiyyətdir".
 
"Biz bütün dünyaya çatdırmaq istəyirik ki, fələstinlilər terrorçu deyil ", - Salah əlavə edib.
 
D qrupunda Fələstin muxtariyyəti komandası İraq və İordaniya yığmaları ilə görüşməlidir.
 
Fələstin muxtariyyəti İsrail tərkibində müstəqilliyini 1988-ci ildə elan etsədə, BMT-nin tamhüquqlu üzvü deyil və hələlik yalnız nadir ölkələr tərəfindən tanınıb.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR