Dünyanı xilas edən

Ötən illərdə dənizin dibindən xərçənglər toplayaraq məşhurlaşan labrador cinsli it Lila bu dəfə də bambaşqa bir məqsədə xidmət edir.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, sahibi Aleks Schulze tərəfindən dənizin dibindən xərçəng toplamaq üçün təlim görən Lila indi isə dənizdəki plastik qabları və tullantıları toplayır. Lilanın nə qədər istedadlı olduğunu görən Schulze onun bu qabilyyətindən istifadə edərək dənizdəki tullantılardan bilərziklər istehsal edir.

“4 Ocean” şirkətinin qurucularından olan Sculze Lilaya təlim keçərkən olduqca zaman ayırdığını və rahat hiss etməsi üçün əlindən gələni etdiyini deyib.

Lilanın təliminə ilk olaraq hovuza oyuncaq yerləşdirərək başlayan Schulze daha sonra su altına yerləşdirildiyi oyuncaqlar ilə Lilanın inkişafını təmin edib.


http://matbuat.az/news/1007608/turk-heyat-yoldasin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR