Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
21:27 15 Avqust 2018
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binasında yanğın olub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.

Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib.

Yanğın baş verən evdə heç kəs olmadığından FHN əməkdaşları qapını və pəncərənin dəmir barmaqlıqlarını xüsusi alətlərlə kəsərək evə daxil olublar. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/676878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR