Jele əvəzinə inəkdən istifadə edən adam

Trabzonun Tonya bölgəsində yaşayan Eyüb Kalyoncu adlı adam saçlarını inəyinə yaladıb və həmin anlar kameralara əks olunub.

Metbuat.az “Haberler.com”a istinadən xəbər verir ki, bölgədəki xəstəxanada təmizlik işçisi olaraq işləyən və əlavə zamanlarında heyvanlarını otladan Eyüb Kalyoncu inəklərini Karşular məhəlləsindəki otlağa aparıb. Kalyoncu otlaqda oturarkən inəklərindən biri yaxınlaşaraq saçlarını yalayıb. Kalyoncu həmin anları mobil telefonunun kamerasına çəkərək sosial şəbəkə hesabında paylaşıb. Görüntülər qısa müddətdə maraqla qarşılanıb, çox sayda insan tərəfindən paylaşılıb.

Sosial şəbəkə istifadəçiləri videoya zarafat dolu şərhlər bildirib.

http://matbuat.az/news/1008838/bedeninde-lobya-bit...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR