Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb - RƏSMİ

Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb - RƏSMİ
16:18 16 Avqust 2018
86 Digər
Ölkə mətbuatı
A- A+

Bu il qəbul imtahanlarında təqdim olunan plan yerlərinin təxminən 11 faizi - 5074 yer boş qalıb.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 1693, ikinci ixtisas qrupu üzrə 2611, üçüncü ixtisas qrupu 248, dördüncü ixtisas qrupu 122, beşinci ixtisas qrupu üzər 400 yer boş qalıb: “Ümumilikdə plan yerləri 88.73 faiz dolub. Boş qalan yerlərə bu gündən qəbul elan ediləcək və avqustun 20-dək davam edəcək. Ali məktəblərə qəbul olmayanlar ərizə verə biləcək. Dövlət ali məktəbləri üzrə 91.5 faiz dolub. Özəl ali təhsil müəssisələr üzrə 73 faiz plan yeri dolub. Bu rəqəmlər göstərir ki, abituriyentlər dövlət ali məktəblərə daha çox üstünlük verirlər”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/250720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR