"Qarabağ"ın Avroliqadakı rəqibi bəlli oldu

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi məlum olub.

Metbuat.az xəbər verir ki, təmsilçimizin rəqibi Moldovanın “Şerif” klubudur. Belə ki, “Şerif” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İslandiyanın "Valür" komandasına qalib gələrək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” klubları arasında ilk oyun avqustun 23-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 30-da olacaq.

Günün ulduz falı - 17 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR