Ukrayna paytaxtı Kiyevin Qoloseyevskiy rayonunda quldurluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Abbasov Əlinin məhkəmə prosesi başa çatıb.

Milli.Az Report-a istinadən bildirir ki, o, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ə.Abbasov Kiyevdə iş adamlarına və onların ailə üzvlərinə hücum edərək qarət etməkdə təqsirli bilinib.

Milli.Az