Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı

Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı
13:37 20 Avqust 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə bu gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin "Pravaya Naberejnaya" küçəsində "Mercedes Minivan" və "Mercedes CLK" markalı iki avtomobil toqquşub. Nəticədə "Mercedes Minivan"da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır. 

"Mercedes CLK" markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/georgia/678086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR