Yaponiya millisi Bakıya 11 dünya çempionu ilə gəlir- DÜNYA ÇEMPİONATI

Yaponiya millisi Bakıya 11 dünya çempionu ilə gəlir- DÜNYA ÇEMPİONATI
17:33 21 Avqust 2018
118 İdman
Ölkə mətbuatı
A- A+

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Publika.az Yaponiya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.

Kişilərin mübarizəsində 9 cüdoçu - Naohisa Takato, Ryuju Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.

Qadınlardan ibarət komandanın heyətində də 9 cüdoçu - Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.

Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda 4 cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) təmsil olunacaq.

Ümumilikdə, Yaponiya millisi 43 nəfərlik nümayəndə heyətindən ibarət olacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/251150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR