İspaniyada 50 nəfərə yaxın qaçqın rezin qayıqda onlarla turistin istirahət etdiyi Kosta-de-la-Lus sahilinə yaxınlaşıb.

Milli.Az "report"-a istinadən bildirir ki, İspaniya mülki qvardiyası onlardan 25-ni tutmağa müvəffəq olub, 19 miqrant ərazidən uzaqlaşa bilib.

Tutulan qaçqınlar Qırmızı Xaç Komitəsinin mənzil qərargahına göndəriliblər.

Hazırda hüquq-mühafizə orqanları qaçmağı bacaran qeyri-leqal miqrantların axtarışı ilə məşğuldur.

Nəşrin məlumatına görə, qaçqınlar Mərakeşdən gəliblər.

Milli.Az