Gözəllik salonunda VƏHŞİLİK

Rusiyanın mərkəzində yerləşən “Nail Sunny” adlı dırnaq salonu hazırladıqları qeyri-adi dırnaq dizaynları ilə məşhurdur.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, qeyri-adi baxım salonu son yayımladıqları video ilə bir çox insanı təəccübləndirib.

Belə ki, salon işçiləri müştərilərə taxma dırnaq tətbiq edərkən xüsusi olaraq hazırlanmış dırnaqların içinə canlı qarışqalar yerləşdirib.

Qarışqaların dırnağın içində bağlı qaldığı görüntülərin “İnstagram”da paylaşılması istifadəçilərin etirazına səbəb olub. İstifadəçilər videoya etiraz dolu şərhlər yazaraq bunun heyvanlara işgəncə olduğunu bildiriblər.

Tənqidlərdən sonra dırnaq salonu, “narahat olmayın. Heyvanları öldürmədik. Video çəkilişindən sonra sərbəst buraxdıq. Hamısı yaşayır” - kimi açıqlama edib.

Qeyri-adi dırnaq salonunun “İnstagram”da 2 milyona yaxın izləyicisi var.

1


http://matbuat.az/news/1015364/tarkanin-heyati-fil...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR