Məktəbdə dostlarının zorakılığına məruz qaldı

Amerikanın Denver şəhərində homoseksual olduğu iddia edilən 9 yaşlı Jamel Myles məktəbdə dostlarının zorakılığına məruz qaldığı üçün intihar edib.

Metbat.az “Haberler.com”a istinadən xəbər verir ki, uşağın anası Leila Pierce bu yay Jamelin özünə homoseksual olduğunu açıqladığını bildirib.

“Bununla fəxr edirəm. Məktəb başladıqdan sonra dostlarıma da bunu deyəcəm” - deyə uşaq anasına bildirib. Bazar ertəsi günü məktəbə başlayan Jamelin cəsədi cümə axşamı evində tapılıb.

Oğlunu itirən ana baş verən hadisədən sonra açıqlamasında qeyd edib:

"Ümid edirəm ki, Jamelin ölümü məktəbdə zorakılığın təsirləri mövzusunda insanları məlumatlandırar”.

Jamelin intiharından sonra oxuduğu məktəbdə psixoloqlar fəaliyyətə başlayıb. Ailələrə məktub göndərilərək yardım təklif olunub.

https://metbuat.az/news/1015770/gozellik-salonunda...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR