Gürcüstanın Şidi Kartli bölgəsində

Gürcüstanın turizm mərkəzlərindən olan Şidi Kartli bölgəsində meşə yanğınları davam edir. Xaşuri rayonunun Tsedani kəndi yaxınlığında başlayan yanğın artıq 10 hektardan çox ərazini məhv edib.

Metbuat.az Gürcüstanın Fövqəladə Hallar Xidmətinə istinadla xəbər verir ki, hadisə yerinə 12 xüsusi texnika, 220 yanğınsöndürən və yerli könüllülər cəlb olunub. Artıq 12 saatdır ki, yanğının söndürülməsi əməliyyatları davam edir.

Küləkli hava şəraiti və ərazinin sıldırım qayalı olması səbəbindən hələlik alovun tam yayılmasının qarşısını almaq mümkün olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR