Yeni cihazlar yeraltı təkanların sayını və təkrar zəlzələ ehtimalını müəyyən edəcək

Alimlər ilk dəfə olaraq əsas zəlzələdən sonra baş verən yeraltı təkanları dəqiqliklə qeydə alan və təkrar zəlzələ ehtimalını müəyyənləşdirən cihazlardan istifadə ediblər.

Metbuat.az “Nature” jurnalına istinadla xəbər verir ki, Harvard Universitetindən tədqiqat qrupunun hazırladığı yeni texnologiya zəlzələlərin xüsusiyyətlərini konkret şəraitdə öyrənməyə imkan verəcək. Tədqiqata rəhbərlik edən professor Brendan Medi bildirib ki, alimlərin əsas məqsədi yeraltı təkanların vaxtını və şiddətini öyrəndikdən sonra gələcək zəlzələ ehtimalının dəqiqləşdirilməsidir. Onun sözlərinə görə, uzun sürən elmi araşdırmalar zamanı 100 mindən çox yeraltı təkan, o cümlədən 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ neyron şəbəkəsi olan cihazların vasitəsilə öyrənilib. Məlum olub ki, son illər baş vermiş zəlzələlər əvvəlkilərdən fərqlənir. İnsanın beyin modeli əsasında yaradılan həssas neyron şəbəkəsi əsas zəlzələdən sonra kiçik yeraltı təkanları hesablayır və onların gücünü müəyyən etməklə proqnozlar verə bilir.

Konnektikut Universitetinin professoru Fobi DeVris də neyron şəbəkəsinin həssaslığı nəticəsində yeraltı təkanların daha dəqiq və təfsilatı ilə öyrənildiyi qənaətindədir. Onun sözlərinə görə, bu şəbəkə əsasında işləyən cihazlar seysmometrlərdən fərqlənir və ardıcıl baş verən yeraltı təkanların gücünün müəyyənləşdirilməsində səhvə yol verilməsi ehtimalını daha da azaldır.

Tədqiqat qrupuna daxil olan alimlər hesab edirlər ki, yeni cihazlar gələcəkdə mükəmməl zəlzələdən xəbərdarlıq sisteminin hazırlanmasında ilk addım ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR