İraqda içməli sudan zəhərlənənlərin sayı 18 mini ötdü

İraqın Bəsrə şəhərində son iki həftə ərzində 18 mindən çox insan içməli sudan zəhərlənib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, hər gün təqribən 500 nəfər zəhərlənmə şikayəti ilə həkimlərə müraciət edir.Rəsmi qurumların apardığı araşdırmalar nəticəsində içməli suda duzluluq səviyyəsinin normadan dəfələrlə çox olduğu təsdiq edilib.

Parlament nümayəndələri də əhaliyə verilən suyun tərkibininstandartlara uyğun olmadığını bilidirib. Məlumata görə, həkimlər zəhərlənməyə yol açan maddələri araşdırır.Yeni hökumətdən Bəsrə şəhərində su probleminin aradan qaldırılması üçün təcili addımlar atılması tələb olunur. Su probleminin vəba epidemiyasına yol aça biləcəyi barədə xəbərdarlıq edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR