Riqa şəhərində tarixi mərkəzə giriş ödənişli ola bilər

Latviyanın paytaxtında bir neçə ildir ki, mərkəzdə havanın aşağı keyfiyyətli olması problemi kəskin şəkildə durur. Riqa Dumasında vəziyyətin qaydaya salınmasından ötrü bir sıra təkliflər hazırlanıb. Onlardan biri tarixi mərkəzə girişin ödənişli edilməsidir. Axı məhz nəqliyyat havanı daha çox çirkləndirir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Riqa Duması tarixi mərkəzin perimetri üzrə 16 nəzarət-buraxılış məntəqəsinin tikinti hüququnu qazanmaq uğrunda müsabiqə elan edib. Bu onu deməyə əsas verir ki, şəhər hakimiyyət orqanları ödənişi həyata keçirə bilərlər.

Ödənişin həyata keçirilməsi 2016-2020-ci illərdə Riqada havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyət planında nəzərdə tutulur. Proqramda göstərilir ki, bu tədbir Riqada hərəkətin intensivliyini xeyli azaldacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR