Çayların sululuğunda azalma müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın daxili çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı araşdırmalar aparıb.

Metbuat.az-ın məlumatına görə, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, 103 hidroloji məntəqədə müşahidələr aparılır:

"Monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur. Analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılmış və həmin dövürdə də sululuqda azalma müəyyən olunub.

Eyni zamanda Kür çayının yuxarı hissəsində və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsiüzərində çoxillik təhlillər aparılmışdır. Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı həm də aşağı hissəsidə suyun səviyyəsində azalma baş verməkdədir. Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır".

Mütəxəssis bildirib ki, hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən illə müqayisədə 20-30 sm aşağıdır:

"Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkaran-Astara bölgəsinin çaylarında müşahidə olunur".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR