Dünən Moldovanın "Şerif" komandasını 3 cavbsız qolla məğlub edərək, tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən "Qarabağ"ın kapitanı hal-hazırda CBC Sport-da davam edən verilişdə qonaq olub.
Milli.Az xəbər verir ki, kapitan rəqib meyanında 0:1-lik məğlubiyyətdən sonra "Şerif"ə doğma divarlar arasında böyük hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.
Rəşad aparıcının "Avropa liqasının qrup mərhələsinə vəsiqə qazandınz. Təzyiqlər çox idi. İndi əhvalınız necədir?" sualna səmimi cavabı ilə diqqət çəkib:
"Sözün düzü, gecə normal yuxu yatmamışam. Fərqli hisslər keçirdirdim. Bu son iki ayda ilk dəfə idi ki, yerimə rahat girdim. Yatacam, yatmayacam, mənə bu maraqlı deyildi, amma yata da bilmədim. Çox maraqlı oyun alındı. Düzü, bu qədər yaxşı oynayacağımızı gözləmirdim. Dünən bizdə hərşey yaxşı alınırdı. Təzyiq var idi üzərimizdə. Avroliqanın pleyofunda hər zaman təzyiqlə üzləşmişik."
Təhməz Təkin
Milli.Az