Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Bakıda “Uydurma 1915-ci il erməni soyqırımından Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda keçirilən konfransda bildirib.
M.Qurbanlının sözlərinə görə, əslində soyqırımı törədən ermənilərin özləridir: “Ermənilər 1905, 1918-19-cu və ondan əvvəlki illərdə Azərbaycan və Türkiyə ərazilərində müxtəlif soyqırım cinayətləri törədiblər”.
M.Qurbanlı qeyd edib ki, saxta erməni soyqırımı ilə bağlı Türkiyə arxivlərini açıq elan edib: "Erməni yalanlarının ifşa edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra tədbirlər görülüb".
Milli.Az