Ronaldo rəhbərlikdən

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyindən özü və ailəsi üçün ən azı 3 cangüdən işə götürməsini xahiş edib.

Metbuat.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu Qran Madredəki villasının təhlükəsizlik baxımından həssas bölgədə yerləşdiyini nəzərə alaraq, belə bir addım atıb. 33 yaşlı forvard mühafizəçilərdən birini özü, ikincisini ailəsi, üçüncüsünü isə evin daim qorunması üçün istəyib.

Qeyd edək ki, mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçən Ronaldo yeni komandasında 2 rəsmi oyun keçirib, amma qol vura bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR