Türkiyənin Muğla vilayətində yolu keçməyə çalışarkən avtomobilin vurduğu 17 yaşlı Buket Bozkurt dünyasını dəyişib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, gənc qızın 1 sentyabr 2001-ci ildə dünyaya gəldiyi və doğum günündə həlak olduğu məlum olub.

Maşının sürücüsü saxlanılıb. M.E.-nin bölmədə ifadəsi alındıqdan sonra, sərbəst buraxılıb.

Bozkurtun Facebook səhifəsinə dostları, rəfiqələri məyusluqlarını ifadə edən ifadələr yazıblar.

Məhəmməd Vaqif
Milli.Az