Ermənistan ordusunun 187 əsgərinə qarşı hüquq pozuntusu

Ermənistan ordusunun hərbi hissə komandiri və 3 vəzifəli şəxs 187 erməni əsgərinə ziyan vurmaqda ittiham olunurlar.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissə komandiri, onun müavini, əşya xidməti rəisi və əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq və xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə 187 hərbi qulluqçunun hərbi xidmət keçmə ilə müəyyən edilmiş hüquqlarına ziyan vurub.

İttihama əsasən, "N" nömrəli hərbi hissə komandiri maddi vəsaitlərin yoxlanılmasını, uçotu və saxlanılmasını vaxtında təşkil və tələb etməli olduğu halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Nəticədə, 187 hərbi qulluqçunun hüquqlarına və hərbi xidmət keçmə qaydalarına ciddi ziyan vurub. Ona qarşı cinayət məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

Həmin hərbi hissənin arxa cəbhə və kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyətinin vaxtında keyfiyyətli əşya əmlakı ilə təmin olunmasını təşkil etməli olduğu halda, qeyd olunan hərbi qulluqçuların hüquqları pozulub. Ona qarşı da cinayət məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

Həmin hərbi hissənin əşya xidməti və əşya anbarı rəisinə qarşı da 187 hərbi qulluqçunun hüquqlarına və hərbi xidmət keçmə qaydalarına ciddi ziyan vurulmasında iştirak etdiyinə görə cinayət məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR