Azərbaycanlılara xas olan multikulturalizm və tolerantlıq sayəsində yəhudi icması özünün minillik ənənələrini qoruyub saxlayıb - İsrailin “Maariv” qəzeti

Avqustun axırlarında Azərbaycan Respublikasının paytaxtı gözəl Bakı şəhərindəki yəhudi icması Slixot duasına hazırlaşır (bu dua insanı tövbəyə sövq edir). Xəzər dənizinin sahilində yerləşən və əhalisinin çoxu müsəlmanlar olan dünyəvi Azərbaycan dövləti Cənubi Qafqazın incisi sayılır.

Metbuat.az yap.org.az-a istinadla xəbər verir ki, israilli xanım jurnalist İris Qorlet İsraildə çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunmuş “Müqəddəs əmək” sərlövhəli məqaləsini Azərbaycanın yəhudi icmasının həyatına, məşhur Qırmızı qəsəbəyə, Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq amilinə həsr edib.

Məqalə müəllifi yazır ki, Azərbaycanın qədim yəhudi icması yayın axırlarında Yəhudi Yeni İlinə hazırlaşmağa başlayır. Qorlet vurğulayır: “Azərbaycanlılara xas olan multikulturalizm və tolerantlıq sayəsində yəhudi icması məhz burada özünün minillik ənənələrini qoruyub saxlayıb. Təbii ki, bu ənənələrin bir qismi yeni adətlərlə qaynayıb-qarışıb. Müstəqil Azərbaycanın rəhbərliyi ölkənin 25 minlik yəhudi icmasına zəruri maliyyə köməyi və mənəvi dəstək göstərir”.

Qadınları öldürüb qara çamadana qoyur - Əhali qorxu içindədir - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR