Müğənni Sərdar Ortacın konsert zamanı səhnədə geyindiyi geyim tərzi izləyicilərini təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, səhnəyə çıxmazdan əvvəl Sərdan media nümayəndələrinin qarşısına çıxıb. Müğənni bildirib ki, geyindiyi pencək çox narahatdır və 20 kiloqram çəkisi var:

"Düşünürəm ki, ilk mahnıdan sonra soyunum" - Sərdar Ortac 20 kiloqramlıq pencəyindən gileyləndi

"Düşünürəm ki, ilk mahnıdan sonra soyunum. Nəfəs ala bilmirəm. Özümün 65 kiloqram çəkim var. geyinə bilmədim pencəyi".

Sərdar səhnədən əvvəl həyat yoldaşı Çloenin hazırladığı orqanik detoks suyunu içib.

Milli.Az