Belqradda “Bahar bayramları” birinci uşaq festivalında Azərbaycan guşəsi maraqla qarşılanıb

Belqradda “Bahar bayramları” birinci uşaq festivalında Azərbaycan guşəsi maraqla qarşılanıb
16:28 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Belqrad, 23 aprel, AZƏRTAC
Belqradda fəaliyyət göstərən “Sava Center”in və “Guitar Art Festival Center”in birgə təşkilatçılığı ilə “Bahar bayramları” birinci uşaq festivalı keçirilib.
Tədbirə ilin bahar fəslində müxtəlif bayramları, o cümlədən Novruz, Pasxa, Nian (çinlilər), Passover (yəhudilər), Holi (hindular), Hanami (yaponlar) və digər mərasimləri qeyd edən ölkələrin Serbiyada akkreditə olunmuş səfirliklərinin və burada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin nümayəndələri qatılıblar.
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşlarının ailə üzvlərinin hazırladığı Azərbaycan guşəsində xalqımızın ən qədim bayramlarından biri olan Novruz və onun rəmzləri ilə bağlı məlumat verilib. Guşəmizi ziyarət edənlər ölkəmizin tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılıb və milli şirniyyatlarımıza qonaq ediliblər.
Səfirliyimizin əməkdaşlarının uşaqlarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib və ölkəmizin ən sevimli mahnıları səsləndirilib. Tədbir zamanı Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belqradda_Bahar_bayramlari_birinci_usaq_festivalinda_Azerbaycan_gusesi_maraqla_qarsilanib-849072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR