Play Store

"Real"ın futbolçusuna irad: "O, nə qol sevinci idi?"

"Real"ın futbolçusuna irad: "O, nə qol sevinci idi?"
15:32 23 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

“Dünənki oyunda Xavyer Ernandesin qol sevinci xoşuma gəlmədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Fransa yığmasının sabiq üzvü Tyerri Anri deyib.
  
Çempionlar Liqasının ¼ final mərhələsinin “Real” və “Atletiko” arasında keçirilən cavab matçını (1:0) dəyərləndirən Anri narazılığını dilə gətirib. O, qələbə qolunun müəllifi Xavyer Ernandesin sevincini tək bölüşməsinə irad tutub: “Ernandes elə bil dünya çempionatının finalında qol vurmuşdu. Niyə sevincini komanda yoldaşları ilə bölüşmədi? O, nə qol sevinci idi? Belə etmək olmaz. Bu qol Kriştianu Ronaldonun idi. Çünki qolu təşkil edən məhz o oldu. Xavyerin özünü aparmasını heç bəyənmədim. Matç ərzində özü cəmi 2 dəfə qol imkanı əldə etdi. Onlardan da heç birini dəyərləndirə bilmədi”.
  
Qeyd edək ki, iki oyunun nəticəsinə görə üstün olan “Real” adını yarımfinala yazdırıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR