İrəvanla Ankara dost ola bilməz

İrəvanla Ankara dost ola bilməz
16:56 23 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan Ermənistan-Türkiyə münasibətlərindən danışıb.

ANS PRESS xəbər verir ki, o, İrəvanda təşkil edilən dialoqda iki ölkə arasında dostluğun və əməkdaşlığın bərpa olunması perspektivlərinən söz açıb. Politoloq bu əməkdaşlığı qeyri-mümkün adlandırıb: "Mən Ermənistanın və Türkiyənin münasibətlərində ciddi dəyişikliklər gözləmirəm."

Türkiyənin "Tərəf" qəzetinin rubrika aparıcısı (kolumnist) Çengiz Aktar bildirib ki, türk cəmiyyəti vahid deyil və parçalanmış vəziyyətdədir. Türkiyədə elə qruplar var ki, onların fikri hakimiyyətin mövqeyi ilə uyğun gəlmir.

Erməni politoloq Stepan Qriqoryan isə deyib ki, Ermənistan və Türkiyə mövcud problemləri dialoq yolu ilə həll etməlidir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=339931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR