İrəvandə müxalifət mitinq təşkil edib

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarları İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.

Metbuat.az xəbər verir ki, nümayişçilər hökumətə etiraz edir. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.

Qeyd edək ki, aksiyadan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı