UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün turnirdə daha 8 oyun keçiriləcək.

Əsas diqqətlər A liqasına yönələcək. İlk matçında Polşa ilə görüşdə xal itirən (1:1) İtaliya səfərdə Portuqaliyanın qonağı olacaq.

B liqasında yarışan Türkiyə İsveçin qonağı olacaq. "Ay-ulduzlular" ilk görüşündə doğma divarlar arasında Rusiyaya uduzub. Bu səbəbdən də səfərdə Türkiyə yığması mütləq qalib gəlməyə çalışacaq.

Azərbaycan millisi səfərdə Maltanın qonağı olacaq və D liqasında bundan başqa daha 2 oyun da keçiriləcək.

Millətlər Liqası

II tur

10 sentyabr


A liqası

III qrup

22:45. Portuqaliya - İtaliya

B liqası

II qrup

22:45. İsveç - Türkiyə

C liqası

I qrup

22:45. Şotlandiya - Albaniya

IV qrup

22:45. Monteneqro - Litva

22:45. Şotlandiya - Rumıniya

D liqası

III qrup

22:45. Malta - Azərbaycan

22:45. Kosovo - Farer adaları

I qrup

22:45. Andorra - Qazaxıstan

Milli.Az