Sumqayıt məktəblilərinin uğuru

17:08 23 Aprel 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 23 aprel, AZƏRTAC 
Xaçmaz rayonunda N saylı hərbi hissədə “Şahin” respublika hərbi-idman oyununun zona birinciliyi keçirilib. Tədbir Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a verilən məlumata görə, Sumqayıt şəhərinin, Quba, Qusar, Abşeron, Şabran, Siyəzən və Qubadlı rayonlarının ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdlərindən ibarət komandalar qatılıb. Sumqayıt şəhərini Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “şahin”ləri təmsil ediblər. Məktəblilər sıra hazırlığı, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, hədəfə atəş açmaq və digər mərhələlər üzrə yarışıblar.
Gərgin mübarizədən sonra yarışın nəticələrinə əsasən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası I yerə layiq görülərək “Şahin” hərbi-idman oyununun C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika finalında iştirak hüququ qazanıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyin fəxri fərmanları və kubokları təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_mekteblilerinin_uguru-849094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR