İspaniya hökuməti iri rəqəmsal biznes üçün

Hakimiyyətə gəlməsinin ilk 100 gününü qeyd etmiş yeni İspaniya hökuməti müasir rəqəmsal texnologiyalar sahəsində iri biznes üçün 3 faiz həcmində vergi tətbiq etməyi planlaşdırır.

İspaniyanın İqtisadiyyat Nazirliyində etiraf edirlər ki, “Google” üçün vergi” adlandırılan bu verginin tətbiq olunması çox mürəkkəb olacaq, ona görə ki, Aİ ölkələri arasında bu məsələyə dair saziş yoxdur.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi İtaliyada bəyənilib, lakin hələ qüvvəyə minməyib, Fransada isə belə vergi ayrı-ayrı sektorlara, məsələn audio və videoməhsulların yayılması sahələrinə aiddir. Eyni zamanda, Almaniyada müştərilərin fərdi məlumatlarının etibarlı saxlanmasına şübhə ilə yanaşırlar.

İspaniya hökumətinin hesablamalarına görə, yeni verginin tətbiq edilməsi ildə 1 milyard avroya qədər gəlir gətirə bilər. Lakin hələlik heç kəs dəqiq rəqəm göstərə bilmir. İqtisadiyyat Nazirliyində belə hesab edirlər ki, təkcə dövlət xəzinəsinin doldurulmasından deyil, həm də rəqəmsal biznesdən daha ədalətli vergitutma sisteminə keçiddən söhbət gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR