Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

19:18 23 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+


Vyana, 23 aprel, AZƏRTAC
Avstriya parlamentində təmsil olunan altı siyasi partiyanın “erməni soyqırımı” ilə əlaqədar aprelin 22-də verdiyi birgə bəyanata etiraz olaraq Türkiyə hökuməti Avstriyadakı səfiri Mehmet Hasan Göğüşü məsləhətləşmələr üçün geri çağırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Avstriya parlamentində imzalanan bu bəyanat Türkiyə-Avstriya dostluğuna mənfi təsir göstərəcək. Həmçinin vurğulanır ki, I Dünya müharibəsində yaşananların birtərəfli qaydada dəyərləndirilməsi və “soyqırımı” olaraq qiymətləndirilməsi hüquqa ziddir və Türkiyə tərəfindən qəti şəkildə rədd edilir.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Avstriyadaki_sefirini_meslehetlesmeler_uchun_geri_chagirib-849183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR