Vladimir Putindən Tereza Meyə -

Rusiya prezidenti Vladimir Putin “Skripal işi”ndə şübhəli bilinən rusiya vətəndaşlarının məsələ ilə əlaqəsinin olmadığını açıqlayıb.

Metbuat.az-ın Rusiya mənbələrinə istinadən məlumatına görə, Vladivostok şəhərində keçirilən Şərq İqtisadi formundakı çıxışı zamanı o bildirib ki, hadisəyə görə, ittiham edilənlər iddia edildiyi kimi kəşfiyyatçı yox sadə vətəndaşlardır: “Sizləri əmin edirəm ki, onların bu məsələdə əli yoxdur. Yəqin özləri də açıqlama verəcəklər.Yaxında hər şeyi görəcəksiz”.

Qeyd edək ki, iki həftə əvvəl Baş nazir Tereza Mey keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və onu qızının Rusiya kəşfiyyatı üçün işləyən Aleksandr Petrov və Ruslan Boşirov tərəfindən zəhərləndiyini irəli sürüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR