Azərbaycan güləşçiləri Rumi Uşaq İdman Oyunlarında on iki medal qazanıblar

Azərbaycan güləşçiləri Rumi Uşaq İdman Oyunlarında on iki medal qazanıblar
20:53 23 Aprel 2015
63 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan güləşçiləri Konyada 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində keçirilən yarışlarda 12 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhərinin yığma komandaları mübarizə aparıb.
Kiçik yaşlı yeniyetmələrin mübarizəsində məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşində qüvvələrini sınayıblar. Güləşçilərimiz yarışı 6 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurublar.
Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıblar. Turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medallara yiyələniblər.
Yunan-Roma güləşində də mübarizə aparan pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Turan Bayramov (50 kq) və Vahid Əlizadə (58 kq) bütün rəqiblərinə qalib gəliblər. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıblar.
Yığmamız hər iki növ üzrə komanda hesabında üçüncü yerdə qərarlaşıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschileri_Rumi_Usaq_Idman_Oyunlarinda_on_iki_medal_qazaniblar-849238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR