Rusiya Ukraynanı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ordusunun ölkənin şərq bölgələrində fəallaşmasına münasibət bildirib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Almaniyada jurnalistlərə açıqlamasında o qeyd edib ki, bölgədə baş verə biləcək toqquşmalara fəlakətə yol açacaq. Diplomatın sözlərinə görə, münaqişənin həll olunması tək yol Minsk razılaşmasıdır.

“Ukrayna xalqını fəlakətə sürükləyəcək güc ssenarisini tətbiq etmək istəyənlərə şiddətlə xəbərdarlıq edirəm. Bu həqiqətən də Ukraynanın zəiflədə bilər”.

Qeyd edək ki, son günlər Ukrayna ordusu və rusiya meyilli qüvvələr tez-tez qarşılıqlı hücumlar təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR