Lənkəranda ekoloji təmizlik aksiyası keçirilib

Lənkəranda ekoloji təmizlik aksiyası keçirilib
23:28 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 23 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran şəhərindəki 1 saylı ekologiya və təbii sərvətlər şöbəsi Beynəlxalq Yer Günü ilə əlaqədar çirklənmiş ərazilərdə təmizlik aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyada şöbənin əməkdaşları ilə yanaşı, könüllülər də iştirak edib.
Şöbənin rəis əvəzi Elman Quliyev bildirib ki, aksiya, həmçinin cəmiyyətin hər bir nümayəndəsinə çağırış məqsədi daşıyır. Sağlam həyat bizi əhatə edən mühitin təmizliyindən də asılıdır.
E.Quliyev qeyd edib ki, Xəzər dənizi sahillərində istirahət etdikdən sonra bir çox insanların geridə buraxdıqları görüntülər heç də ürəkaçan olmur. Ötən yay mövsümü çoxdan başa çatsa da hələ də çirkləndirilmiş ərazilərə rast gəlmək mümkündür. Şöbə insanların maarifləndirilməsi məqsədilə daha çox çirklənməyə məruz qalan dənizkənarı və meşəətrafı ərazilərdə təmizlik aksiyaları təşkil edir.
“Təəssüf ki, aidiyyəti qurumlar tərəfindən kifayət qədər maarifləndirici tədbirlərin keçirilməsinə baxmayaraq, buna məhəl qoymayan insanlara hələ də rast gəlmək olur,” – deyə E.Quliyev bildirib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_ekoloji_temizlik_aksiyasi_kechirilib-849284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR