Aralıq dənizi üzərində vurulan Rusiya hərbi təyyarəsində 15 hərbiçinin ölümündən sonra, Rusiyadan sərt bir açıqlama gəlmiş və cavabdeh olaraq İsrail göstərilmişdi.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın radioelektron kəşfiyyat təyyarəsi olan İl-20 təyyarəsi Aralıq dənizi üzərində - Suriya sahillərindən 35 km aralıda İsrail tərəfindən vurulduğu barədə iddiaları Təl-Əviv cavabsız qoymayıb.
İsraildən hadisə ilə bağlı açıqlama gəlib. Təl-Əviv "Günahkar İran, Hizbullah və Əsəddir" deyib.
Təhməz Təkin
Milli.Az