"O Ronaldoya minnətdar olmalıdır"

"O Ronaldoya minnətdar olmalıdır"
01:06 24 Aprel 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

“Arsenal” və “Barselona”nın sabiq futbolçusu Tyerri Anri Çempiolar Liqasının ¼ finalında “Atletiko”yla matçda “Real”ın qələbə topunu vuran Xavyer Hernandesin qol sevincinə sərt münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, fransalı futbolçu qolun vurulmasında Kriştiano Ronaldonun böyük əməyi olub. Ona görə də Hernandes bu qola görə Ronaldoya minnətdar olmalıdır:

“Fikrimcə, qolu Hernandes deyil, Ronaldo vurub. Mənə təsir edən meksikalı hücumçunun qol sevincidir. Hernandes qol sevincini azarkeşlərlə deyil, Ronaldoyla bölüşməli idi. Çünki qolun vurulmasında portuqaliyalı futbolçunun əməyi böyükdür. Ronaldo hər şey edəndən sonra boş mövqedə olan Hernandesə ötürmə verdi. Meksika yığma komandasının üzvünə yalnız topu boş qapıdan keçirmək qaldı”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=339968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR