İspaniya hökuməti elektrik enerjisi istehsalına qoyulan

İspaniyanın ekoloji dəyişikliklər naziri Teresa Ribera Deputatların Konqresində bildirib ki, hökumət 2012-ci ildə təsdiq edilmiş elektrik enerjisi istehsalına qoyulmuş 7 faizli vergini ləğv edəcək.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, icra hakimiyyətlərinin əsas məqsədlərindən biri son aylar kəskin şəkildə artan elektrik enerjisi üçün hesabların azaldılması olacaq. Nazirin sözlərinə görə, yaxın 6 ay ərzində enerji yoxsulluğuna qarşı mübarizə planı işlənib hazırlanacaq.

T.Ribera deyib ki, İspaniya enerjinin böyük hissəsini topdansatış bazarlarında əldə edən az sayda Avropa ölkələrindən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR