"Ronaldo ilə İbrahimoviçi "Roma"ya gətirmək istədim, pulumuz çatmadı" -

"Həmişə deyirdim ki, uğur qazanmaq üçün komandaya çempionlar lazımdır"

Metbuat.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın sabiq hücumçusu Françesko Totti deyib. Hazırda klubun idman direktoru vəzifəsində çalışan veteran futbolçu "canavarlar"ın maliyyə məsələlərinə görə Ronaldo və İbrahimoviç kimi oyunçuları ala bilmədiyini söyləyib:

"Ümid edirdim ki, Ronaldo, İbrahimoviç və onlar kimi dünyanın ən yaxşı futbolçuları "Roma"ya keçəcəklər. Təkcə hücumçular yox, müdafiəçi və yarımmüdafiəçiləri də nəzərdə tuturdum. Təəssüf ki, məhdudiyyətlər oldu. Klubun çempionları transfer etmək üçün kifayət qədər pulu olmadı. Həqiqətən inanılmaz insanları "Roma"ya dəvət etməyə çalışdım".

Qeyd edək ki, Totti 2017-ci ilin yayında futbolçu karyerasını başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR