Pilotun səhvi sərnişinlərə dəhşət yaşatdı -

Hindistanda pilotun səhlankarlığı az qalan ciddi faciəyə səbəb olacaqdı.

Metbuat.az-ın yerli mənbələrə istinadən məlumatına görə, təyyarə havaya qalxandan sonra pilot təzyiqin tənzimlənməsi sistemini qoşmağı unudub. Nəticədə sərnişinlər ölümlə üzləşib. Təzyiqin təsiri ilə onlardan bəzilərinin burnundan və qulaqlarından qan gəlib. Mumbay-Caypur marşrutu üzrə uçan laynerin göyərtəsində hadisə zamanı 166 sərnişin olub. Onlar 30 dəqiqə havada ölümlə mübarizə aparıb. Pilot təcili hava limanına qayıtmaq barədə qərar verib. Sərnişinlər dərhal xəstəxanalara yerləşdirilib.

Onların səhhəti normaldır. Bildirilir ki, sərnişinlər göyərətdə bir az da çox qalsaydı onlar arasında ölüm qaçılmaz olardı. Hadisəyə görə sərnişinlərdən üzr istəyən yerli hava yolları şirkəti, təyyarənin pilotlarını işdən azad edib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR