​Ukraynadakı Rusiya hərbi

Ukrayna prezidenti Petro Poroşenko Sevastopoldakı Rusiya hərbi bazalarının ləğv olunacağına söz verib.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, parlamentə illik müraciətində o bildirib ki, Krımın geri alınmasından sonra, Sevastopoldakı Rusiya hərbi bazalarının fəaliyyətinə son qoyulacaq.

Bunun üçün prezident, Rusiya Qara dəniz donanmasının Sevastopolda məskunlaşmasına imkan yaradan maddənin konstitusiyadan çıxarılmasını tələb edib. Poroşenko Rusiya ilə dostluq müqaviləsinin ləğvinə də münasibət bildirərək qeyd edib ki, Ukrayna torpaqlarının işğalda olduğu bir müddətdə Moskva ilə dostluq münasibətlərindən söhbət gedə bilməz.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR