​İranda ABŞ-ın sanksiyalarına qarşı müqavimət

İranda ABŞ-ın sanksiyalarına qarşı müqavimət göstərmək üçün komissiya yaradılıb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, Energetika Nazirliyinin himayəsi altında yaradılan komissiya, neft satışı məsələləriylə məşğul olacaq. İran parlamentinin energetika məsələləri üzrə komissiyasının sədr müavini Hüseyn Əmiri Xamkaninin sözlərinə görə, sanksiyalar müddətində neftin daşınması və qiymətin müəyyən edilməsi əsas məsələlər olacaq.

Ali qanunverici orqan sanksiya müddətində neft satışının şəffaf keçirilməsi üçün qanunlar hazırlamağa hazırdır. Qeyd edək ki, Vaşinqtonun Tehrana qarşı növbəti sanksiya paketi noyabrın 4-də qüvvəyə minəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR