​İranda aramsız yağış və güclü külək

İranın 9 əyalətini cənginə alan aramsız yağış və güclü külək insan tələfatıyla nəticələnib.

Semnan əyalətinin Şahrud rayonunda 1 nəfər həyatını itirib, bir neçə nəfər itkin düşüb. Ölənlərin sayının artacağı istisna deyil. Əlverişsiz hava şəraiti Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Mazandaranda da fəsadlara yol açıb.

Hakim dairələr təbii fəlakətdən əziyyət çəkən sakinlərə çadırlar və ilkin tələbat predmetlərini göndərib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR