Sürücülər üzləşdikləri mənzərəyə inanmadılar -

Amerika Birləşmiş Ştatlarının Şimali Karolinə əyalətində sürücülər dəhşətli mənəzərə ilə üzləşiblər.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, mərkəzi magistralda minlərlə ölü balığın olması onları təəccübləndirib. Yaxınlıqda su hövzəsi olmadığından bu hadisə sürücülərdə sual yaradıb. Güman edilir ki, balıqlar Florens qasırğasının səbəb olduğu daşqınlar nəticəsində əraziyə gəlib.

Ölü balıqların ərazidən təmizlənməsi üçün aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR