​BMT-nin fələstinli qaçqınlara yardım agentliyi

BMT-nin fələstinli qaçqınlara yardım və Qəzza bölgəsində iş yerlərinin təşkili üzrə Yaxın Şərq agentliyi genişmiqyaslı tətillərə başlayıb.

Metbuat.az TRTxəbərə istinadən məlumat verir ki, buna səbəb agentliyin əməkdaşlarının kütləvi şəkildə ixtisara salınmasıdır. Bu üzdən, qurumun nə az, nə çox - 13 min əməkdaşı tətil elan edərək, həmkarlarının yenidən işə bərpa olunmasını tələb edib.

Aksiya ilə əlaqədar agentliyin bir sıra müəssisələri, o cümlədən poliklinikalar və humanitar yardımların paylanılması mərkəzləri işini dayandırıb. Qeyd edək ki, BMT agentliyində kütləvi ixtisarlara səbəb ABŞ-ın qurumu maliyyələşdirməkdən imtina etməsidir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR