​Gürcüstan Rusiyadan Ermənistana gedən

Gürcüstan Rusiyadan Ermənistana gedən qaz kəmərini bağlayıb. Gürcüstanın qaznəqli kampaniyasının məlumatında qeyd olunur ki, Ermənistana təbii qazın verilməsi sentyabrın 26-dək dayandırılır.

Metbuat.az Rusiya mənbələrinə istinadən məlumat verir ki,Buna səbəb yanacağın nəql olunduğu “Şimali Qafqaz - Cənubi Qafqaz” qaz kəmərində təmir işlərinin aparılmasıdır. “Qazprom Ermənistan” şirkətinin bəyanatında isə qeyd olunur ki, Rusiya qazının Ermənistana nəqli bu gün səhər saatlarından dayandırılıb və Gürcüstan tərəfi İrəvanı bu barədə rəsmən məlumatlandırıb. Bu üzdən əhalinin fasiləsiz qazla təmin olunması daxili ehtiyatlar hesabına həyata keçiriləcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR