Moldova prezidenti Konstitusiya Məhkəməsinin

Moldovanın Konstitusiya məhkəməsi prezident İqor dodonu müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, məhkəmə qərarına səbəb, prezidentin yeni nazirləri təsdiqləməkdən imtina etməsidir. Dodon bildirib ki, yeni namizədlər nazir səlahiyyətlərinin icrası üçün tələblərə cavab vermir. Konstitusiya məhkəməsi isə belə qənaətə gəlib ki, yeni hökumət üzvlərini prezidentin əvəzinə parlament sədri də təsdiqləyə bilər.

İqor Dodon qanunsuz qərarlar qəbul edən Konstitusiya Məhkəməsinin və bunun arxasında duran siyasətçilərin məsuliyyətə cəlb olunacağını bildirib.

İqor Dodon bunu Konstitusiya Məhkəməsinin prezidentin icazəsi olmadan hökumətə yeni təyinatlar etməyə imkan verən qərarını “Facebook” sosial şəbəkəsində şərh edərkən deyib.

Qeyd edək ki, İqor Dodon buna qədər məhz eyni səbəbdən 3 dəfə səlahiyyətlərindən uzaqlaşdırılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR